Məzmuna keçin ↓

UWC Nədir?​​​​​​​​​​​​​​

Birləşmiş Dünya Kollecləri - BDK (United World Colleges UWC) təhsili sülh və davamlı gələcək naminə insanları, millətləri və mədəniyyətləri birləşdirən qüvvəyə çevirən qlobal bir hərakatdır.

You have not allowed cookies and this content may contain cookies.

If you would like to view this content please

BDK-da biz gəncləri onların gələcəkdə hansı yolu seçməsindən asılı olmayaraq öz istedad və enerjilərini sosial dəyişikliklər  etməyə ruhlandırırıq. Biz dünyanın hər tərəfindən ümidimizi doğruldacaq və həvəsli tələbələri seçir, onların fərq yarada bilməsi üçün bilik, bacarıq və güvən veririk.

  • Biz həqiqətən də qlobal hərəkatıq. Bu gün BDK dörd kontinentdə yerləşən 18 məktəb və kolleclərdən ibarətdir. Bu gün BDK 18 məktəb və kollec olmaqla 4 qitədə fəaliyyət göstərir. Onların əksəriyyəti 16-19 yaş qrupuna, bəziləri isə daha kiçik yaşda olan tələbələrə xidmət göstərir. Hər məktəb özünəməxsus yerə və xüsusiyyətlərə malikdir və və onların hər biri gənclərin enerji və idealizimlərini empatiya, məsuliyyət və ömür boyu davam edəcək fəaliyyəti yetişdirməyə həsr olunub.
  • Biz müxtəlifliyə üstünlük veririk. BDK milli komitələri 150-dən çox ölkə və bölgədə müxtəlif mənşələrdən, mədəniyyətlərdən və təcrübələrdən olan gənclərə çata və onları seçə bilər. Hər məktəbdə tələbələr dünyanın hər yerindən dostlar qazanır və müxtəlif düşüncə tərzlərini daha dərindən dərk edirlər.
  • Biz seçirik, amma ayrı-seçkilik etmirik. BDK mərhəmətli, idealist, dünyanı yaxşılaşdırmağa həvəsləri olan tələbələr axtarır. Biz inanırıq ki, pul yaxşı təhsilin qarşısını kəsən bir maneə olmamalıdır. BDK milli komitələri tərəfindən seçilmiş tələbələrin 80%-dən çoxu səxavətli tərəfdarlarımız tərəfindən maliyyələşdirilən tam və ya qismən maliyyə yardımı alır.  Bizim Qaçqın Təşəbbüsümüz də illər boyu konflikt zonalarından qaçqın və məcburi köçkün olan gənclərə tam təqaüdlər ayırmaqdadır. Formal təhsildən əlavə biz həmçinin liderlik, bərabərlik, davamlılıq mövzularında qısa təhsil proqramları təklif edirik ki, bununla da daha çox insanın BDK təhsilindən yararlanması üçün imkan yaratmış oluruq.
  • Biz biliyi dəyərləndirdiyimiz kimi xidməti də dəyərləndiririk.  Bizim məktəblərdə, 16 -19 yaş arası tələbələr dünyaca nüfuzlu və inkişafında BDK-nın əsas rol oynadığı Beynəlxalq Bakalavr Diplomu Proqramını (BBDP) keçirlər. BBDP dünyanın ən yaxşı universitetləri daxil olmaqla dünyanın hər yerindən olan universitetlərə daxil olmaq üçün şagirdləri bilik və bacarıqlarla təmin edir. BBDP həmçinin şagirdlərə öz cəmiyyətlərini  necə aktiv şəkildə dəstəkləyə biləcəklərini düşünməyə və liderlik, birgə iş, yaradıcılıq və özünə inamı öyrədən təşəbbüslər qurmağa təşviq edir.
  • Biz nümunəvi bir cəmiyyət qururuq.  BDK məzunlar şəbəkəsi 60 000-ə yaxın üzvlərdən ibarətdir və bizim məzunlara dünyanın hər tərəfində rast gəlmək olar. Hər məzun öz yolunu maraqları və istedadları əsasında seçir. Lakin onların hər biri cəsarətli fəaliyyət, nümunəvilik və fədakar liderlikləri ilə böyük və kiçik dəyişiklər edərək BDK-nın etikasını daşıyırlar.