Məzmuna keçin ↓

Əlavə məlumat

Məlumat

UWC Azərbaycan Milli Komitəsi potensial müraciətçilərə etibarlı, dəqiq, güvənilir və zəruri
məlumatın verilməsini təmin edir. Eyni zamanda, müraciətçilərə təsiri ola biləcək hər hansı bir
dəyişikliyə dair məlumatın Milli Komitə üzvləri tərəfindən mümkün qədər tez bir zamanda onlara
çatdırılması təmin olunur.

Müraciət haqqı

UWC Azərbaycan Milli Komitəsi tərəfindən heç bir müraciət haqqı tələb olunmur.

Şikayətlər

Hər hansı bir şikayətlə UWC International şikayət proseduruna uyğun olaraq baxılacaqdır.

Məlumat təhlükəsizliyi

Ərizəçilər tərəfindən verilən məlumatların qorunması UWC Beynəlxalq Məlumatların Qorunması
Siyasəti çərçivəsində təmin ediləcəkdir.

UWC-yə yenidən müraciət

UWC Azərbaycan Milli Komitəsi imtina olunmuş və ya namizədliyini geri götürməli olmuş
namizədlər tərəfindən Beynəlxalq UWC-in yaş tələbinə uyğun olduğu təqdirdə yenidən müraciəti
dəstəkləyir