Məzmuna keçin ↓

Seçim prosesinin şəffaflığı

Maraqların ziddiyyəti halında seçim səlahiyyətindən imtina olunması:

Seçim prosesində iştirak edən komitə üzvləri müraciət edənlərin siyahısını nəzərdən keçirməyə və
maraq ziddiyyətinə səbəb ola biləcək hal barədə məlumat təqdim etməyə məsuldurlar. Müraciət
edən tələbə ilə hər hansı bir şəxsi əlaqəsi olan müvafiq komitə üzvü həmin ildə həyata keçiriləcək
tələbə seçmə prosesində iştirak etməyəcək.

Mərhələ 1: Müraciət

Müraciətinə baxılmasını istəyən bütün namizədlər müraciət formasını düzgün və tam doldurulmuş
şəkildə təqdim etməlidirlər. Namizədlər müraciət meyarlarına uyğunluq baxımından, habelə
inşalarında əks olunan UWC məktəblərində təhsil istəyi və ambisiyalarına əsaslanaraq
qiymətləndiriləcəklər.

Mərhələ 2: İlkin seçim

Seçim tələblərinə cavab verən namizədlər müsahibə üçün ilkin seçim mərhələsinə keçirlər. Seçim
prosesinin bu mərhələsində Milli Komitədən müraciətlərinə dair imtina almış namizədlərə fərdi rəy
verilməyəcəkdir.

Mərhələ 3: Müsahibə

Milli Komitə ilkin seçim mərhələsinə keçmiş müraciətçilərlə ümumi (i) və (ii) qrup/panel şəklində
müsahibələr aparacaqdır. Müsahibələrin əsas məqsədi müraciət edən şəxsin motivasiyasını, analitik
və tənqidi düşüncəsini, mədəni məlumatlılığını, müstəqillik səviyyəsini və psixoloji hazırlığını
müəyyənləşdirməkdən ibarətdir. Müsahibələr Milli Komitə üzvləri tərəfindən aparılacaq və hər bir
namizədin beynəlxalq internat məktəbi mühitində yer alması üçün zəruri olan elmi və psixoloji
hazırlığı ilə bağlı ekspert qiymətləndirməsini təmin etmək üçün müvafiq təlim keçmiş psixoloq da
cəlb olunacaqdır.
Müsahibə mərhələsindən keçən abituriyentlər növbəti seçim mərhələsinə keçəcəklər. Seçim
prosesinin bu mərhələsində Milli Komitə imtina almış namizədlərə fərdi rəy verəcəkdir.

Mərhələ 4: İmtahan

Müsahibə mərhələsindən keçən tələbələrin akademik hazırlığını yoxlamaq üçün imtahan verəcəklər. İmtahanda mətnlər və riyaziyyat üzrə suallar olacaq.

Mərhələ 5: Maliyyə yardımına dair ərizələrin qiymətləndirilməsi

Maddi yardıma dair qiymətləndirmə tələbələrin tərəfsiz şəkildə seçimini təmin etmək üçün ayrıca
aparılacaqdır. Şəxsi və ailə gəlirlərinə əsasən maddi yardıma ehtiyacı olduğunu göstərən gələcək
tələbəyə maliyyə yardımı təklif olunacaqdır.
Tam və ya qismən təqaüd şəklində maddi yardımın verilməsinə dair qərar aşağıda təqdim olunan
sənədlərə əsalanacaqdır

  • Tələbələrin maddi vəziyyətinə dair qısa məktub
  • Valideynlərin və ya qəyyumların işi, illik gəliri, mal varlığı və əmanətləri haqqında məlumat (tələbə seçildikdən sonra yoxlanılacaq).

Mərhələ 6: Seçim

Milli Komitə inkluzivlik prinsipini dəstəkləyir və müraciətçilərin müxtəlif mənşəli olmasını anlayır.
Beləliklə, zəruri hallarda müraciət edənlərdən əlavə sənəd tələb etmək hüququnu özündə saxlayır.
Qərarlar Milli Komitə üzvləri tərəfindən panel müzakirələri zamanı qəbul olunacaqdır. Namizədlər
müraciət formasına və müsahibə nəticələrinə əsasən bal toplayacaqlar. Müraciət edənlərin
sayından asılı olaraq, Milli Komitə UWC məktəblərinə kimlərin seçiləcəyini təyin etmək üçün
keçid balı müəyyən edəcəkdir. Eyni zamanda, yüksək ixtisaslı namizədlərin sayından asılı olaraq,
Milli Komitə müraciət edənlər arasından keçid balına yaxın olanların əlavə olunacağı “gözləmə
siyahısı” yaradacaqdır. Gözləmə siyahısına daxil olan namizədlər seçilmiş namizədlərin imtinası
halında UWC məktəblərinə dəvət alma şansı əldə edə bilərlər.

Seçim edildikdən sonra Milli Komitə, həm seçim mərhələsi, həm də maliyyə yardımı
mərhələsindəki nəticələri müqayisə edərək müraciətçilərdən hansının tam və ya qismən təqaüd
alacağına dair qərar verəcəkdir.

Mərhələ 7: Qərarın açıqlanması

Seçim mərhələsindən uğurla keçən namizədlər e-poçt və telefonla xəbərdar ediləcək, onlara
ehtiyaclarına, eləcə də mövcud proqram daxilində vakant yerlərə uyğun bir yer təklif olunacaqdır.

Mərhələ 8: Təklif olunan yerin qəbulu/imtinası

Ərizəçinin siyahıdan çıxarılması, imtinası və ya namizədliyini geri çəkməsi halında, təklif gözləmə
siyahısından ərizəçilərə təklif ediləcəkdir. Namizədlərə proqramda iştirak təklifi ilə bağlı “qəbul” və
ya “imtina” olmaqla cavab vermək üçün azı üç həftə veriləcək.

Mərhələ 9: Gediş öncəsi məlumatlandırma

Qəbul olunmuş tələbələr və onların ailələri tələbə ölkədən getməmişdən məlumatlandırma
sessiyasında iştirak edəcəkdir. Milli Komitə, tələb olunduğu təqdirdə seçilmiş tələbələr üçün
intensiv İngilis dili kursu təşkil edəcəkdir.