Məzmuna keçin ↓
map

UWC ISAK Japan

Karuizava, Yaponiya

15-19 yaş arası 175 şagird

Təsis olundu

2014

3 March 2017

UWC ISAK Japan 2017-ci ilin payızında UWC tələbələrinin ilk nəslini qəbul edən ən yeni UWC kollecidir. UWC ISAK Yaponiya qurucusu xanım Lin Kobayashi qlobal təhsilə olan həvəsini Kanadada Pearson College UWC-də oxuyarkən kəşf etdi. Bu, onu 2014-cü ildə bütün dünyada müsbət dəyişikliklər üçün katalizator olacaq gənc liderləri öyrətmək üçün qapılarını açan İSAK-ı yaratmağa ruhlandırdı.

Üç Unikal Xüsusiyyət

  • Liderlik Proqramı - Tələbələr pozitiv dəyişikliyə təşviq edənlər olmaq üçün çalışarkən, özlərinə intizam və dizayn innovasiyası təcrübəsini birləşdirən innovativ liderlik proqramı vasitəsilə onlar üçün ən vacib olanı kəşf edirlər. Liderlik təcrübəsi akademiklər, birgə tədris proqramı və yaşayış təcrübəsi daxil olmaqla həyatın bütün aspektlərinə inteqrasiya olunur.
  • Tələbənin rəhbərlik etdiyi yanaşma - Tələbələrin müstəqilliyi vurğulanır və təşviq edilir. Tələbələrə klublar yaratmaq və onlara rəhbərlik etmək, fəaliyyətlər və kampus tədbirləri planlaşdırmaq, yataqxana həyatı ilə bağlı siyasətlər qurmaq və saxlamaq səlahiyyəti verilir.
  • Yapon Dili və Mədəniyyəti - Yapon dilini öyrənmək imkanından əlavə, müntəzəm ekskursiyalar tələbələrə Yapon mədəniyyətini, tarixini və ənənələrini araşdırmaq imkanı verir. Tələbələr Yapon çiçək aranjimanı sənətini öyrənə və çay mərasimində iştirak edə bilərlər; qalaları, isti bulaqları, məbədləri və ziyarətgahları ziyarət edə; yerli festivallarda və tamaşalarda əyləncəyə qoşula; muzeyləri ziyarət edə, ailədə qalmağı planlaşdıra və daha çox!
Dərs prosesində 

UWC ISAK Yaponiya 11 və 12-ci siniflər üçün Beynəlxalq Bakalavr Diplom Proqramı (İBDP) tədris planı təklif edir. Onun İB-dən əvvəlki 10-cu sinif tədris planı tələbələrə İBDP-nin çətinliklərinə hazırlaşmağa kömək edir, lakin bir çox tələbə UWC ISAK Yaponiya proqramına 11-ci sinifdə qoşulur. Standart kurslarla yanaşı, UWC ISAK Yapon dili, Çin dili, tarix, iqtisadiyyat, elmlər, kino, vizual sənət kimi kurslar təklif edir. 

Dərsdən kənar fəaliyyət 

UWC ISAK Yaponiyada tələbələr idman və dil klublarından tutmuş Birləşmiş Millətlər Modeli (MUN) və debata qədər çoxsaylı birgə tədris fəaliyyətlərindən zövq alırlar. Hal hazırda kollecdə 50-dən klub fəaliyyət göstərir, hamısı tələbələr tərəfindən idarə edilir və illik Layihə Həftəsinin xidmət layihələri ilə tamamlanır. İl ərzində kollecdə sahibkarlar, tədqiqatçılar və novatorlar ilə mühazirə və seminarlar keçirilir. 

İBDP tələbələri 11 və 12-ci siniflər boyu öz iki illik Yaradıcılıq, Fəaliyyət, Xidmət (CAS) layihələrini hazırlayır, həyata keçirir, idarə edirlər. İncəsənət fəaliyyətlərinə teatr klubu, rəqs klubu, xor klubu, film klubu, tələbə jurnalı və. s daxildir. Kollecdə həmçinin çoxsaylı idman klubları (basketbol, voleybol, reqbi, beysbol, badminton, futbol və qaçış daxil olmaqla), açıq havada tədris (yürüş, kamp qurma), kampusdan kənar imkanlar (xizək, snoubord, üzgüçülük) mövcuddur.

Qısamüddətli kurslar   

UWC ISAK Yaponiya Yay Məktəbi dünyanın hər yerindən olan şagirdlər (12-14 yaş) üçün 2 həftəlik maraqlı proqramdır. Beynəlxalq səviyyəli professor-müəllim heyəti qlobal mövzular, zehinlilik təcrübəsi, liderlik, dizayn innovasiyası, açıq hava fəaliyyəti və Yapon mədəni təcrübələrini ehtiva edən kurikulumla iştirakçılara meydan oxuyur, onları cəlb edir və ruhlandırır. 2010-cu ildən bəri 80-dən çox ölkədən tələbələr yay məktəbində iştirak ediblər.

Kampus və Təsisatlar  

UWC ISAK Yaponiya ənənəvi Yapon memarlıq prinsiplərinə diqqət yetirməklə mükafat qazanmış memarlar tərəfindən dizayn edilmiş müasir, işıqlı binalara malikdir. Kampus ətrafındakı meşəlik ərazi ilə birlikdə harmoniya təşkil edir, yaşamaq və öyrənmək üçün ruhlandırıcı mühit yaradır.

2016-cı ildə tikintisi tamamlanan Kamiyama Akademik Mərkəzi, sinif otaqları, kitabxana/texnologiya mərkəzi, iş yerləri, iclas otaqları və əsas məktəb ofisini özündə birləşdirən ən müasir, işıqlı binadır. Asama binasında əlavə sinif otaqları, laboratoriyalar, yeməkxana və açıq terras var. Yaşayış binaları, hər birinin xaricə açılan öz qapısı olan Evlər kimi tanınan bir-birinə bağlı bölmələr cərgələridir. Hər evdə 12-18 tələbə yaşayır. 2 və 4 nəfərlik yataq otağına əlavə olaraq, hər evdə geniş kommunal qonaq otağı ilə birlikdə mini mətbəx var. Tam basketbol meydançası və təbii otlu idman meydançası olan gimnaziya və gəzinti/qaçış üçün yollar il boyu istirahət imkanlarını təmin edir.
2021-ci ildə UWC ISAK Yaponiya konfiqurasiyadan asılı olaraq dərslər, sənət sərgiləri, konfranslar və tamaşalar üçün məkan kimi xidmət edən çoxməqsədli obyekt olan The Accord Center-i açdı. 2022-ci ildən etibarən kampusda iki əlavə yeni bina olacaq: sağlamlıq mərkəzi və kampusun incəsənət proqramlarına ev sahibliyi edəcək yaradıcı məkan.

Coğrafi Yerləşmə 

UWC ISAK Yaponiya Naqano vilayətində, Karuizava şəhərində (əhalisi. 20,000), Tokiodan sürət qatarı ilə təxminən 70 dəqiqəlik məsafədə yerləşir. Karuizawa, qarlı qışlar da daxil olmaqla, dörd fərqli fəsilə malik il boyu məşhur kurort yeridir!

Qəbul 

11-ci sinfə qəbul üçün tələbələr UWC milli komitəsi və ya UWC Qlobal Seçim Proqramı vasitəsilə müraciət etməlidir. 10-cu sinfə qəbul üçün tələbələr birbaşa UWC ISAK Yaponiyaya müraciət edə bilərlər. UWC ISAK Yaponiya haqqında ətraflı məlumat üçün vebsayta daxil olun

 

 

You have not allowed cookies and this content may contain cookies.

If you would like to view this content please

 

 

Əlaqə Detalları


UWC ISAK Japan
5827-136 Nagakura,
Karuizawa-machi
Kitasaku-gun,
Nagano 389-0111

18 Dünya üzrə kolleclər