Məzmuna keçin ↓
map

UWC Mostar

Mostar, Bosniya və Herseqovina

16-19 yaş aralığında 200 tələbə

Təsis olundu

2006

3 March 2017

UWC Mostar şagirdləri ruhlandıraraq və onları keyfiyyətli təhsillə təmin edərək  insanlar və mədəniyyətlər arasında körpülər inşa etmək missiyasını həyata keçirmək üçün  münaqişədən sonrakı ölkədə qurulmuş yeganə UWC kollecidir. İlk başdan Bosniya və Herseqovinanın Mostar şəhərində sülh quruculuğu və inkişaf prosesinə töhfə vermək məqsədi daşıyan bu kollec münaqişədən sonrakı və keçid dövrü toplumları üçün müvafiq təhsil təcrübələrini inkişaf etdirməyi hədəfləyir. UWC Mostar fəal yerli əməkdaşlıqlar vasitəsilə dinc və dayanıqlı gələcəyə doğru  təhsilin şagirdləri və daha geniş ictimaiyyəti necə birləşdirə, ilhamlandıra və cəlb edə biləcəyinin praktiki nümayişini təqdim edir. 

Üç unikal xüsusiyyət

  • UWC Mostar şagirdləri ilhamlandırmaq və onları keyfiyyətli təhsillə təmin etməklə insanlar və mədəniyyətlər arasında körpü inşa etmək məqsədini hədəfləyən yeganə UWC kollecidir. Kollec şagirdlərə bərabərlik, tolerantlıq və tənqidi düşüncəni təşviq etməklə yanaşı, onların fərqlərini bilmək və qiymətləndirmək üçün təlimlər keçir.
  • Yerli ictimaiyyət – Şagirdlərin yerli ictimaiyyətlə qarşılıqlı əlaqəsi UWC Mostarın əsasını təşkil edir. Hər il şagirdlər və işçilər Mostar ictimaiyyəti və daha çox kütlə üçün layihə və tədbirlər təşkil edir. 
  • Təməl Təhsil Fəaliyətdə (Foundation Education in Action, Bosniya və Herseqovinada qeyri-kommersiya təşkilatı) - UWC Mostar ölkədə təhsil islahatlarını istiqamətləndirmək və obyektiv xarici qiymətləndirmə, kurrikulumun innovasiyası və innovativ tədris metodlarına diqqət yetirməklə yüksək keyfiyyətli müəllim hazırlığını təmin etmək məqsədi daşıyan Foundation Education in Action tərəfindən təsis edilib.
     
Dərs prosesində 

UWC Mostar Beynəlxaq Bakalavr Diplom Proqramı  adlanan tədris planını irəli sürür. Standart kurslarla əlavə olaraq,kollec Bosniya ədəbiyyatı, Xorvat ədəbiyyatı, Antropologiya, İqtisadiyyat, Ekoloji sistemlər və Cəmiyyətlər, Təsviri sənətlər kimi kurslar da təqdim edir.

Dərsdən kənar fəaliyyət 

UWC Mostar, demək olar ki, Mostar şəhərində keçirilən bütün əsas tədbirlərə tez-tez ortaq olur. Bunlara Küçə İncəsənət Festivalı, Uşaqlar üçün Festival, Avropa Tədqiqatçılar Gecəsi kimi illik tədbirlər daxildir. Məqsəd şəhərin hər yerindən gəncləri şəhər həyatını bütün ictimaiyyətlərə daxil olan gəncləri birləşdirəcək şəkildə canlandırmaq və inkişaf etdirmək məqsədi daşıyan kooperativ macəraya daxil etməkdir. 

UWC Mostar həmçinin Mostar və bütün ölkədə BMT Modeli konsepsiyasına təşəbbüskarlıq edir və Mostar şəhərinin müxtəlif ictimai səhnələrində şagirdlərinin istedadlarını nümayiş etdirən illik UWC Mostar Qış İncəsənət Festivalına ev sahibliyi edir. 

Qısamüddətli kurslar 

UWC Mostar hər il Bosniya və Herseqovinadan olan gənclər üçün “Çağırış Tarixi“ yay məktəbi  və “Mostar Yay Gənclik Proqramı“ kimi qısamüddətli yay proqramları təqdim edir. 

Kampus və Təsisatlar  

UWC Mostarda mədəniyyətlərin müxtəlifliyi və adət-ənənələrin zənginliyi ən çox şəhərin həm qərb, həm də şərqində yerləşən yaşayış evlərində nəzərə çarpır. Məktəb binası şəhərin mərkəzində yerləşir, üst mərtəbədə elmi laboratoriya, geniş, işıqlı kitabxana və böyük akt zalı daxil olmaqla, öz yerlərini Mostar gimnaziyası ilə ortaq işlədir. Gimnaziyada UWC Mostar şagirdləri üçün idman zalı, futbol/həndbol meydançası, voleybol meydançası, qaçış yolu və uzunluğa tullanma bölmələri daxil olmaqla, qapalı və açıq idman obyektləri mövcuddur. UWC Mostar-da akademiklər, ofislər, təsviri sənətlər və teatr sənətləri üçün istifadə olunan əlavə 2 bina var. 

Cografi yerləşmə  

UWC Mostar Cənubi Bosniya və Herseqovinanın Mostar şəhərində yerləşir. Əlverişli cografi mövqe, Xorvatiya və Monteneqroya yaxınlıq və mülayim iqlim Mostar şəhərini məşhur turizm məkanına çevirir. UWC Mostar Cənub-Şərqi Avropada yeganə UWC-dir. 

Qəbul 

Şagirdlər UWC milli komitəsi və ya UWC Qlobal Seçim Proqramı vasitəsilə müraciət edir. UWC Mostar haqqında daha ətraflı məlumat üçün vebsayta daxil olun.

You have not allowed cookies and this content may contain cookies.

If you would like to view this content please

Əlaqə Detalları


United World College in Mostar
Španski trg 1
88000 Mostar, Bosnia and Herzegovina

18 Dünya üzrə kolleclər